Menu

PRİQOJİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI - Milli Antiterror Komitəsi məlumat yaydı

24.06.2023, 01:17
PRİQOJİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI  - Milli Antiterror Komitəsi məlumat yaydı

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə qarşı cinayət işi açılıb.

Buna səbəb kimi onun silahlı üsyana çağırış edən ifadələr səsləndirməsi göstərilib.

Bu barədə Milli Antiterror Komitəsindən məlumat verilib.

Komitədən Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıblar.

“Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”, - deyə komitədən bildirilib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol