Menu

Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub - Ölənlər var

24.06.2023, 09:04
Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub - Ölənlər var

Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtına raketlərlə hücum edib.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri bildirib.

Raketlərdən biri çoxmərtəbəli binaya düşüb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bundan əlavə, iki nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına yerində tibbi yardım göstərilib.

Dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə də ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol