Menu

PRİQOJİN 25 MİNLİK ORDU İLƏ MOSKVAYA DOĞRU İRƏLİLƏYİR - Kolonları görüntüləndi + VİDEO (Yenilənib)

24.06.2023, 10:57
PRİQOJİN 25 MİNLİK ORDU İLƏ MOSKVAYA DOĞRU İRƏLİLƏYİR - Kolonları  görüntüləndi + VİDEO (Yenilənib)

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin kolonlarının Moskvaya doğru irəlilədiyi bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədəd sosial şəbəkələrdə video paylaşılıb.

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etdiyini açıqlayıb.

“AzPolitika.info”


***

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin kolonlarının hərəkətinə dair ilk kadrlar yayılıb. Görüntülər sosial şəbəkənin Rusiya seqmentində paylaşılıb.

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etdiyini açıqlayıb.

"Biz Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Daha da irəli gedirik, sona qədər gedirik", - deyə Priqojin vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol