Menu

“TƏSLİM OLMAYACAĞIQ!” – Priqojin Putinin tələbini rədd etdi

24.06.2023, 15:19
“TƏSLİM OLMAYACAĞIQ!” – Priqojin Putinin tələbini rədd etdi

Rusiya hərbi qiyam qaldırmış “Vaqner” silahlı qruplaşmasının lideri Yevgeni Priqojin Prezident Vladimir Putinin xalqa müraciətində səsləndirdiyi tələbləri rədd edib.

Putin baş verənləri Rusiyaya arxadan vurulan xəncər və dövlətə qarşı qiyam adlandıraraq, üsyançıları silahı yerə qoymağa çağırıb.

Priqojinin mətbuat xidməti onun Putinə cavabının audio yazısını internetdəki hesablarından yayıb. Priqojin Rusiya rəhbərinin onları “xəyantəkar” adlandırmasını ciddi səhv adlandırıb və “Vaqner”qruplaşmasının əsl vətənpərvərlər olduğunu iddia edib.

“Heç kimin - Prezidentin, FSB-nin və ya başqasının tələbi ilə təslim olmayacağıq, çünki biz ölkənin korrupsiya, yalan və bürokratiya içində yaşamasını istəmirik”, - deyə Priqojin bildirib.

O, Rusiya Müdafiə Nazirliyinin məmurlarını korrupsiyada ittiham edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol