Vladimir Putinin yaxın dostu, 3,5 milyard dollar sərvəti olan rusiyalı milyarder Arkadi Rotenberq “Vaqner”in Rusiyada başlatdığı qiyamdan sonra Azərbaycana gəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, Rotenberqin şəxsi təyyarəsi bu gün saat 12:33-də (Moskva vaxtı ilə) Moskvanın Vnukovo hava limanından havaya qalxıb və saat 15:27-də Bakı hava limanına enib.
Rusiya “Teleqram” kanalları isə iddia edir ki, Rotenberq Rusiyanı tərk etdikdən sonra onunla əlaqə kəsilib.
Məlumat üçün onu da qeyd edək ki, Rotenberqdən başqa, Baş nazirin müavini Denis Manturovun da Rusiyanı tərk etdiyi bildirilir. İddia olunur ki, bu səhər onun biznes təyyarəsi Moskvadan Türkiyənin Dalaman şəhərinə yola düşüb.
“AzPolitika.info”


Şərhlər
Onlar XİNlə məlum lobbi ilə xosunlaşıb, de fakto keçmiş SSRİda onlara iş bazarı (xarabazarlıqlar) açmırlarmı? Yeni RUS, ya İqtisadi Birlik heç də Hərbi Müharibə qırğınları və vəhşi dağıntılarla qurulmaz və təbii ki, Koçaryan, ya Vardanyan kimi *otkat* zəmanəti verməzlər?
Putin sanki ruslarla məzələnir, belə dövlət idarə etmək olar? 71 Yasin var, get balığını tut,lodkani sur ,sənin indi qan tökən vaxtın deyil axı! Barmağını qoyduğun hər iş belə oldu ,olmaz artıq get,qaç nə bilim gizlən,nə edirsən et,artıq hamını bezdirdin!