Menu

“Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir” - Sobyanin

24.06.2023, 21:25
“Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir” - Sobyanin

“Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir. Ona görə də Moskvada bazar ertəsi qeyri-iş günü elan edilib”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Moskva meri Sergey Sobyanin deyib.

O qeyd edib ki, hakimiyyət və davamlı dövriyyə müəssisələri, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisna olacaq.

Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol