Menu

Çex nazirə zəhərli məktub göndərilib

21.11.2014, 13:38
Çex nazirə zəhərli məktub göndərilib

Rəsmi mənbələrin verdiyi xəbərə görə, Çex Respublikasının daxili işlər nazirinə xaricdən göndərilmiş məktub zərfində zəhər aşkarlanıb.

Radioaktiv, kimyəvi və bioloji mühafizə üzrə milli institutun nümayəndəsi Radek Pokornik bildirib ki, şübhəli zərfə baxış zamanı üzərində həyat üçün təhlükəli miqdarda sianidəbənzər maddə aşkarlanıb. Pokornik təfərrüatlar barədə məlumat verməyib.

Nazir Milan Çovaneç daha əvvəl məktubun naməlum Skandinav ölkəsindən göndərildiyini və vaxtında zərərli təsirinin qarşısının alındığını bildirib. Çovaneç noyabrın 18-də göndərilən zərfdə heç bir məktubun olmadığını deyib. Ölkənin xarici İşlər Nazirliyi, hökumət və Prezidentin İcra Aparatı bu yaxınlarda da naməlum, lakin zəhərsiz məktub qəbul etmişdilər. Çovaneç sonuncu məktubun əvvəlkilərlə heç bir əlaqəsi olmadığını güman edir. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol