Menu

ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər ölüb

25.06.2023, 20:52
ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində avtomobil dayanacağında atışma olub. Nəticədə azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı dairə şerifinin departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma yerli vaxtla saat 04:30 radələrində baş verib. Zərərçəkənlər həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Saxlanılanlar barədə məlumat verilməyib. Atışmanın motivi də açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol