Menu

“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb

25.06.2023, 23:45
“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb

“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb. “Report” xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. Keçidin detalları və müqavilə müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol