Menu

Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü - 5 nəfər öldü

26.06.2023, 08:50
Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü - 5 nəfər öldü

Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol