Menu

"NATO öz müttəfiqlərini müdafiə edəcək" - Yens Stoltenberq

21.11.2014, 13:42
"NATO öz müttəfiqlərini müdafiə edəcək" - Yens Stoltenberq

"Alyans öz müttəfiqlərinin hər birini müdafiə edəcək. NATO təyyarələri Baltik səmaları üzərində, gəmiləri isə Baltik dənizində patrulluq edir. NATO qüvvələri hər 2 gündən bir Avropada təlimlər keçirlər", - noyabrın 20 -də NATO-nun baş katibi Yens Stoltenberq Riqaya gəlişi zamanı belə deyib.

Prezident Andris Berzinslə görüşdə baş katib Ukrayna münaqişəsini və şərqdə təhlükəsizlik məsələsini müzakirə edib. Görüşdə Uels sammitində razılaşdırılmış "Fəaliyyətə Hazırlıq Planı"nın icrasının əhəmiyyəti vurğulanıb.

Baş katib NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyaya verdiyi töhfəyə, birgə hərbi ekspedisiya qüvvələrində iştirakına və NATO-nun strateji kommunikasiya məsələləri üzrə peşəkar mərkəzə ev sahibliyi etdiyinə görə Latviyaya təşəkkürünü bildirib. O, həmçinin NATO liderlərinin Uels sammitində təklifindən sonra Latviyanın müdafiə xərclərini artırmasını alqışlayıb. Stoltenberq Avropada müdafiə sahəsində Latviyanın siyasi cəhətdən xüsusi rol oynadığını bildirib. Avropa İttifaqı Şurasına sədrlik gələn ilin yanvar ayından Latviyaya keçir.

Baş katib həmçinin baş nazir Laymdota Strauyuma, xarici işlər naziri Edqars Rinkeviçs və müdafiə naziri Raymonds Veyonislə də danışıqlar aparıb. Noyabrın 21-də baş katib "Adazi" hərbi bazasında müttəfiq ölkələrin bir sıra silahlı qüvvələrində görüş keçirəcək. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol