Menu

Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

26.06.2023, 11:08
Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

APA xəbər verir ki, Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb və müəyyən ekspertizalar təyin edilib.

Naxçıvan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında Kəngərli rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol