Menu

Ukraynanın müdafiə sənayesinə 31 yaşlı gənc rəhbərlik edəcək

26.06.2023, 13:48
Ukraynanın müdafiə sənayesinə 31 yaşlı gənc rəhbərlik edəcək

Ukraynanın mərkəzi müdafiə sənayesi strukturu olan “Ukroboronprom” konserninin rəhbərliyinə 31 yaşlı German Smetanin gətirirlir.

"Azpolitika.info" bu barədə “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, Ukrayna Nazirlər kabineti artıq bu təyinatı təsdiqləyib, amma qərar iyunun 28-dən qüvvəyə minəcək.

Bildirilir ki, Smetanin qarşısında xərcləri azaltmaq tapşırığı qoyulacaq, bu da idarəetmə ştatının ən az 20 faiz ixtisarına səbəb olacaq.

Mənbənin sözlərinə görə, “Ukroboronprom”un keçmiş rəhbəri Yuriy Qusev “Sapsan” raket proqramında uğursuzluğa görə vəzifədən azad olunub. Ukrayna prezidenti Volodimir Zelenskinin planına görə vəd olunurdu ki, “Sapsan” (“Qrom-2” sistemlərinin eksport versiyası) raketləri artıq bu ilin mayında Rusiyanın hərbi strukturunu RF dərinliyindəki ərazilərdə vurmağa başlayacaq. Lakin proqramın gerçəkləşməsindəki gecikmələr konsern rəhbərliyinə etimadsızlığın yaranmasına səbəb olub.

31 yaşlı German Smetanin 28 yaşında Xarkov Tank Zavodunun, daha sonra isə Malışev zavodunun direktoru təyin olunub.

Rüfət

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol