Menu

Almaniya Ukraynaya hərbi yardımla bağlı yeni plan hazırlayır – “Spiegel”

26.06.2023, 16:00
Almaniya Ukraynaya hərbi yardımla bağlı yeni plan hazırlayır – “Spiegel”

Almaniya hökuməti Ukrayna ordusunun ehtiyacları üçün artilleriya sursatlarının tədarükü ilə bağlı uzunmüddətli proqram qəbul etmək niyyətindədir.

“AzPolitika.info”-nun məlumatına görə, Almaniyanın "Spiegel" nəşri yazır ki, indi sənədlərin təsdiqi və qeydiyyatı prosesi gedir.

Alman nəşri bildirir ki, ötən həftə Almaniyanın Müdafiə Nazirliyi silah şirkəti “Rheinmetall” ilə çərçivə sazişini təsdiq üçün Bundestaqın büdcə komitəsinə təqdim edib. Sənəd 2029-cu ilə qədər 333 min 155 mm-ə qədər artilleriya sursatının tədarükünü nəzərdə tutur.

Bu mərmilər Almaniya ordusunun anbarlarına gedəcək, lakin Ukraynaya hərbi yardım paketləri bu ehtiyatlardan ayrılacaq. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri üçün növbəti iki ilə 20 min mərmidən ibarət ilk paket artıq razılaşdırılıb. Bu partiyanın təxminən 60 milyon avro xərci Almaniyanın federal hökuməti tərəfindən ödəniləcək.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol