Qərb son hadisələr fonunda Rusiyadakı vəziyyətə müdaxilə etmək fikrində deyil.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Annalena Berbok bazar ertəsi Avropa İttifaqının Xarici İşlər nazirlərinin Lüksemburqda keçirilən iclasında dövlət çevrilişinə cəhdi şərh edərkən bildirib.
“Aydındır ki, söhbət Rusiyada hakimiyyət uğrunda daxili siyasi mübarizədən gedir və biz buna qarışmırıq. Orada nə baş verdiyi bəlli deyil" – deyə Berbok əlavə edib.
Onun sözlərinə görə, Rusiyada müxtəlif oyunçuların aqibətinin necə olacağı hələ aydın deyil.
"Rusiyanın təcavüzkar müharibəsinin Putinin hakimiyyət sistemi üçün dağıdıcı nəticələrini görürük" - deyən Berbok, Rusiya rəhbərliyinin "getdikcə özünə qarşı cavab zərbələri endirdiyini" əlavə edib.
Nazirin sözlərinə görə, Qərb dövlətləri “təbii ki, riskləri ehtiva edən” hazırkı vəziyyəti diqqətlə təhlil edirlər, lakin onları hələlik qiymətləndirmək mümkün deyil. O, qeyd edib ki, Aİ-nin gələcəkdə Ukraynaya dəstək verməsi vacibdir, ona görə də Kiyevə hərbi yardım 3,5 milyard avroya qədər artırılacaq.
"Almaniya tərəfdən biz ilin sonuna qədər əlavə 45 özüyeriyən “Gepard” zenit qurğusu təqdim edəcəyik", - Berbok Ukraynanın Aİ-yə üzvlüyü perspektivindən danışarkən deyib.
Rüfət
“AzPolitika.info”


Şərhlər