Menu

“Biz Türkiyənin bütün tələblərini yerinə yetirmişik” – İsveçin XİN başçısı

27.06.2023, 23:50
“Biz Türkiyənin bütün tələblərini yerinə yetirmişik” – İsveçin XİN başçısı

İsveç Türkiyənin NATO-ya üzvlük üçün irəli sürdüyü bütün tələbləri yerinə yetirib.

“AzPolitika”nın “Reuters”-ə istinadla verdiyi məlumata görə, bunu İsveçin Xarici İşlər naziri Tobias Billström Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, “Terrorizm haqqında” yeni qanunun tətbiqi ilə İsveç alyansa qoşulmaq üçün Finlandiya, İsveç və Türkiyə arasında imzalanmış üçtərəfli sazişdə göstərilən son tələbləri yerinə yetirib.

“Bu yaxınlarda İsveçdə terror təşkilatında hər hansı bir iştirakı qeyri-qanuni edən yeni qanun qüvvəyə minib, - Billström bildirib - Beləliklə, müqaviləmizin son hissəsini yerinə yetiririk”.

Xatırladırıq ki, Türkiyə və Macarıstan İsveçin alyansa daxil olmasına etiraz edirlər. Türkiyənin əsas iddiası İsveçdə terrorçuların olması ilə bağlıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Stokholm “Türkiyədəki terror qruplarının qollarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam edərkən, İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilmərik”.

Rüfət

AzPolitika.info

Şərhlər

dadaşyev 2023-06-28 22:51:31

Bəli,təəssüf ki İsveç kimi gözəl skandinav ölkəsi Türkiyə və Azərbaycana düşmən olan PKK-nın və PEJAK-ın yuvası halındadır.İsveç bu gün NATO-ya girmək üçün Türkiyəyə yarınmağa çalışa bilər,amma girdikdən sonra yenə köhnə əməllərinə davam edib etməyəcəyini kim bilir.Elə bizim özümüzdən xarici ölkələrdən nədənsə ən çox İsveçə gedib cəmisi bir-iki ilə şübhəli şəkildə varlanıb qayıdanlar kifayət qədərdir.Baxırsan,adam acından günorta dururdu,İsveçə gedib bir ildən sonbra qayıtdı,başladı ev ardınca ev almağa,Pradoları maşınları cüt-cüt düzdü həyətində.A balam,hardan oldu,noldu,nağardın İsveçdə?Bir kəlmə deməzlər ki.Ümumi söz deyib tələsərlər həmişə harasa guya,söhbətdən qaçmaq üçün.MTN son dərəcə ciddi araşdırmalıdır İsveçə gedib gələn şübhəliləri.Çünki İranlıların da çoxusu Skandinav ölkələrindədi.Yaxşıca yapışmalıdır bu susqurduna dönmüş şübhəli milyonçuların yaxasından ki,kim verdi sənə İsveçdə bunca dollarları.Yalnız Bakıda yox,rayonlarda da kifayət qədərdi belələri.Kim bilir,bəlkə agentlərdi bunlar.Yoxsa niyə İsveçdən davamlı olaraq filan qədər pullar gəlsin bunlara?Azpolitika bu yazımı verməsə başqa saytlara da göndərəcəyəm,ta ki hansısa versin yazımı.Çünki qabaqlar İsveç mövzusunda yazdığımda Azpolitika verməmişdi yazımı.Amma bilməlidirlər ki,bu dövlət əhəmiyyətli məsələdir.Heç bir xarici ölkədə pul yerlərə səpələnməyib ki,gedib yığışdırıb qayıdasan.Biz də olmuşuq və oluriq xarici ölkələrdə,vallah heç kəsə heç bir kəs bircə dollar da verməz.Xeyir ola,xarici ölkə vətəndaşlarına milyonları xəzəl kimi səpələyirlər İsveçdə.Və səpələyənlər kimlərdir?Hökümət yoxsa Suriyadan,İraqdan,İrandan ora gedib kök salan,hərif axtaran terrorçular?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol