Menu

Burkino-Fasoda silahlı qruplaşma kəndə hücum edib

28.06.2023, 11:26
Burkino-Fasoda silahlı qruplaşma kəndə hücum edib

Burkino-Fasonun şimalındakı mərkəzi rayonlardan birinə silahlıların hücumu nəticəsində 31 hərbçi, 3 qruplaşma üzvü ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli KİV yayıb.

Bildirilib ki, hadisə Navaka kəndində baş verib. Ötən ayın sonunda Burkino-Faso hakimiyyəti terrorçu qruplaşmalara qarşı mübarizə məqsədi ilə ümumi ictimai səfərbərlik elan edib.

Qeyd edilib ki, iki həftə öncə hakimiyyətin hərbi qüvvələri Burkino-Fasonun şimal-şərqində keçirdiyi hərbi əməliyyat nəticəsində 22 terrorçu zərərsizləşdirib.

Məlumata görə, 2015-ci ildən ölkə terrorçulara qarşı mübarizəyə qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol