Menu

Putin bu gün Dərbəndə səfər edəcək

28.06.2023, 17:04
Putin bu gün Dərbəndə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də Dağıstana səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Dağıstanda turizmlə bağlı müşavirə keçirəcək və Dağıstan rəhbəri Sergey Melikovla görüşəcək.

Qeyd edək ki, yerli teleqram kanallarında Putinin Dərbəndə səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, Dərbənddə Rusiya prezidentinin səfərinə hazırlıq işləri görülür.

Şərhlər

Tahir 2023-06-28 19:13:55

Neynəsin yetim Putin? Getməyə nə üzü, nə yer qalıb. Hara getsə tutub qoduxluğa soxacaqlar. Bu gedişlə bir azdan əlacsızlıqdan xaloğlusu, dayıoğlusu, bibiqızısı gilə getməkdən başqa getməyə yeri qalmaz. O da ki, elə qohumları varsa.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol