Menu

"Ağ Ev rəsmiləri and-aman ediblər ki, qiyamla heç bir əlaqəmiz yoxdur" – “Politico”

29.06.2023, 13:13
"Ağ Ev rəsmiləri and-aman ediblər ki, qiyamla heç bir əlaqəmiz yoxdur" – “Politico”

“Politico” yazır ki, Ağ Ev rəsmiləri Rusiya hökumətini ABŞ-ın Rusiyadakı son hadisələrdə əli olmadığına inandırmaq üçün birbaşa Kremllə əlaqə saxlayıblar.

“AzPolitiko.info” "Vz.ru"-ya istinadla xəbər verir ki, “Vaqner” qiyamından sonra dərhal Ağ Ev rəhbərliyi hərəkətə keçərək, Rusiya rəhbərliyinə “bu məsələdə barmaqlarının olmadığını” bildirib.

Amerika nəşrinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden və yüksək səviyyəli milli təhlükəsizlik köməkçiləri Rusiyada qısamüddətli üsyan cəhdini müşahidə ediblər, bundan sonra onlar birbaşa Kremllə əlaqə saxlamağı lazım biliblər.

Diplomatik mənbələrin məlumatına görə, Amerika administrasiyasının rəsmiləri Moskvadakı həmkarlarına baş verənləri Rusiyanın daxili məsələsi kimi qiymətləndirdiklərini bildiriblər. Üstəlik, Ağ Ev əmin edib ki, onlar ABŞ və ya NATO qoşunlarının mövqeyində heç bir dəyişiklik etməyəcəklər.

Avrasiya Qrupunun prezidenti Yan Bremmerin sözlərinə görə, bu, “Rusiya baş verənlərdə Amerikanın əlini görməsin” deyə edilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Amerika tərəfinin hərbi qiyamla bağlı Rusiyanın daxili işlərinə qarışmamaq barədə dediyi sözlər aldatma kimi görünür.

Rüfət

AzPolitiko.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol