Menu

Rusiya parlamenti Quranın yandırılmasını pisləyən bəyanat qəbul edib

29.06.2023, 13:58
Rusiya parlamenti Quranın yandırılmasını pisləyən bəyanat qəbul edib

Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasında Qurban bayramında Quranın yandırılmasına icazə verən İsveç hakimiyyətinin hərəkətlərini pisləyən bəyanat qəbul edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bəyanatda rusiyalı deputatların İsveç hakimiyyətinin təsdiqlədiyi növbəti vandalizm aktını qətiyyətlə pislədiyi bildirilib.

"Biz onları müsəlmanların hüquqlarının pozulmasının və dini hisslərinin təhqir olunmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Bu cür hərəkətlər ekstremist təzahürlər üçün ilkin şərtlər yaradır, BMT Nizamnaməsinin məqsəd və prinsiplərini kobud şəkildə pozur”, - bəyanatda vurğulanıb.

Şərhlər

Eli 2023-06-29 14:09:59

Bu işlerin kökünde ermeni fransız birliyi durur başqa heç bşr sivil ölke bele iyrenc qızıldırıcı herekete yol vermez.Bunu ancaq ermeni eder.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol