Menu

UEFA Avropa Superkubokunda dəyişiklik etdi

29.06.2023, 20:48
UEFA Avropa Superkubokunda dəyişiklik etdi

UEFA Avropa Superkuboku uğrunda oyunun formatında dəyişiklik edib. Qaydaların 12-ci maddəsinə əsasən, əsas vaxtda qalib müəyyən edilməzsə, oyun penaltilər seriyası ilə davam etdiriləcək. 15 dəqiqəlik iki əlavə hissədən ibarət format ləğv ediləcək.

Qeyd edək ki, “Mançester Siti” və “Sevilya” 2023-cü ildə Avropa Superkuboku uğrunda oyunda üz-üzə gələcək. Matç avqustun 16-da Afinada keçiriləcək.

Mənbə: sports.ru

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol