Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bir neçə həftədən sonra Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən gözləntiləri barədə danışıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Danilov iyunun 29-da öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukraynanın bu hadisədən böyük gözləntiləri var və dünya liderləri artıq Ukraynanın gələcəyi və onun Rusiya təcavüzündən qorunması ilə bağlı konkret bəyanatlar verməlidirlər.
“Budapeşt memorandumu”nun (1994-cü il) iflası, NATO-nun uğursuz Buxarest sammiti (2008-ci il) Rusiyanın Ukraynaya hücumunu təşviq etmək üçün ardıcıl addımlar idi”, - mesajda deyilir.
Aleksey Danilov həmçinin qeyd edib ki, dünya birliyi iki səhv edib və bu, genişmiqyaslı müharibəyə gətirib çıxarıb: “Üçüncüsü isə kritik olacaq. Tarix sübut edir ki, Ukraynanın təhlükəsizlik məsələləri həll olunmasa, dünyada sabitlik mümkün deyil, çünki Kreml gələcəkdə öz təcavüzünü təkrarlaya bilər”.
“Qarşıdan gələn Vilnüs sammitindən biz “anti-Budapeşt” üslubunda maksimum konkretlik gözləyirik”, – Aleksey Danilov bildirib.
Xatırladırıq ki, iyunun 28-də Estoniyanın Baş naziri Kaya Kallas Ukraynanın yeganə effektiv təhlükəsizlik təminatının NATO -ya üzvlük olduğunu və sammitdə Kiyev üçün açıqlamadıqları xüsusi sürpriz hazırladıqlarını bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər
Азполитика изучайте азербайджанский язык