Menu

Türkiyənin məşhur turzim bölgəsində yanğın başlayıb - FOTOLAR

29.06.2023, 21:01
Türkiyənin məşhur turzim bölgəsində yanğın başlayıb - FOTOLAR

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb. "Report" xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol