Menu

Dollar milyarderi Rusiya vətəndaşlığından imtina edib

30.06.2023, 09:08
Dollar milyarderi Rusiya vətəndaşlığından imtina edib

Dollar milyarderi, Rusiya Federasiyasında ilk müstəqil qaz şirkəti “İtera”nın yaradıcısı və “Areti” beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov 2023-cü ildə Rusiya vətəndaşlığından imtina edərək Kiprin vətəndaşı olaraq qalıb.

“Report” xəbər verir ki, bunu Forbes jurnalının saytında biznesmenin profilindən əldə edilən məlumatlar sübut edir.

Makarovun sərvəti 2,1 milyard dollar qiymətləndirilir, o, nəşrin milyarderləri reytinqində 1 466-cı yeri tutur.

O, 2020-ci ildən Kiprin “qızıl pasportu”nun sahibidir.

Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra Makarov Böyük Britaniya və Kanadanın sanksiya siyahısına daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol