Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər axıra qalır.
APA xəbər verir ki, bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, dövlət katibi qeyd edib.

Şərhlər
Birincisi Amerikanın sərgiləmiş olduğu bu görüş, yəni oturuş qaydası təpədən baxmadr. İkincisi Amerika 30 ilə yaxın ATƏT-in həmsədrlərindən biri olub və boş-boş danışıqlardan başqa heç nəyə yaramayıb. Hər kəs bilir ki, bu gün Qarabağın son həlli də Amerikadan və Fransadan yox Rusiyadan asılıdır. Ona görə də hər iki ölkənin okeanın o tayına zəhmət və xərc çəkməsi sanıram papağı günə yandıtrmaqdan başqa bir şey deyildir. "Ermənistanın" tapusunun Rusiyaya aid olduğunu hərdən unuduruq yəqin.
Azərbaycanla Ermənistan arasında 1918ci ildən bu günə qədər bütün hüquqi münasibətlər tam aşkardır. Sadəcə, 1987ci ildən de fakto və rəsmən erməni millətçiləri və Ermənistanın azərbaycanlıların və Azərbaycanın müstəsna hüquqlarına qarşı yönəlmiş kütləvi cinayətləri aid qurum və tərəflər mühakimə və cəzalandırmaq niyyətində görünmürlər?