Menu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Sakinlər təxliyə edilib

30.06.2023, 21:42
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib. Bu barədə FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol