Menu

MKİ direktorunun Kiyevə səfərinin pərdəarxası – Ukrayna müharibəsinin necə bitiriləcəyi açıqlanıb

01.07.2023, 21:20
MKİ direktorunun Kiyevə səfərinin pərdəarxası – Ukrayna müharibəsinin necə bitiriləcəyi açıqlanıb

ABŞ kəşfiyyatının rəhbəri Uilyam Börns Kiyevə qeyri-rəsmi səfəri zamanı Ukraynada müharibəni bitirmək planını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Washington Post” (WP ) səfərlə tanış olan Ukrayna və Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Börns Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna kəşfiyyatının rəsmiləri ilə görüşüb. Hərbi strateqlər Börnsə bildiriblər ki, payıza qədər Rusiyanın ələ keçirdiyi böyük bir ərazini geri almağı, Ukraynanın şərqinə doğru irəliləməyi, artilleriya və raket sistemlərini ilhaq edilmiş Krıma istiqamətləndirməyi, sonra isə Moskva ilə danışıqlar aparmağı planlaşdırırlar.

“Washington Post” qeyd edir ki, "ideal ssenaridə" Ukrayna hərbçiləri qoşunları və güclü silahlarını Krımla sərhədə daşıyaraq Rusiyaya qarşı təsir rıçaqları əldə edəcək, beləliklə, onu "girov götürəcək". “Bundan sonra Kiyev yarımadanın güc yolu ilə alınmamasına razılıq verməyin qarşılığında Rusiyadan Qərbdən təhlükəsizlik zəmanətini qəbul etməyi tələb edəcək”, - Ukrayna rəsmiləri bildirib.

Yüksək rütbəli bir ukraynalı məmur WP-yə deyib: “Rusiya ancaq təhlükə hiss etdiyi halda danışıqlar aparacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol