Menu

İstanbulda PKK əməliyyatı zamanı 9 terrorçu yaxalanıb

02.07.2023, 12:21
İstanbulda PKK əməliyyatı zamanı 9 terrorçu yaxalanıb

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

“Report” xəbər verir ki, Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyat nəticəsində PKK-nın Suriya qolu YPG-nin üzvü olan 9 terrorçu saxlanılıb.

Onların yaşadıqları evlərdə terror təşkilatına aid çoxlu sayda rəqəmsal material və müxtəlif ölçülü 72 güllə ələ keçirilib. Araşdırmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol