Ukraynanın müdafiə qüvvələri son sutka ərzində 800-ə yaxın rus işğalçısını məhv edib.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Baş Qərargahın “Facebook” sosial şəbəkəsindəki səhifəsindən yayılan açıqlamada deyili.
Qeyd olunur ki, o cümlədən, 2022-ci il fevralın 24-dən 2023-cü il iyulun 2-dək düşmənin ümumi itkisi təqribən 229 660 nəfər olub, onlardan 790-ı ötən sutka ərzində aradan qaldırılıb.
Düşmənin xeyli texnikası da məhv edilib.
Beləliklə, düşmən sutka ərzində 10 tank (müharibənin əvvəlindən 4052), 20 zirehli döyüş maşını (cəmi 7888), 26 artilleriya sistemi (cəmi 4188), 5 RYAS (cəmi 637), 1 HHM sistemi (390), 12 PUA (3557), 22 ədəd avtomobil texnikası və avtosistern (6816) və 3 ədəd xüsusi texnika (583) itirib.
Məhv edilmiş təyyarələrin sayı dəyişməz qalıb – 315, vertolyotlar – 308, qanadlı raketlərin – 1261, gəmilərin/qayıqların – 18.
Rüfət
“AzPolitika.info”


Şərhlər
Ehtimal ki, Kreml və İrəvan SUPER Hərbi Güclərin dövlət kuluarlarında 1986 sövdələşmələri üzrə xarici lobbiyə əski SSRİ ərazisində (boş dağıntı) yeni obyektlər azad edirlər? Güman ki, yeni nə yerli, nə Rusiya personalları lazımlı sayılmır. Dana məhsuldar çinlilərin cəlb edilmə ehtimalı yüksəkdir.
Yaxwi ve obyektiv olardi ukraynaninda itkilerini yazsaydiniz