Menu

Keçən ay 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

03.07.2023, 10:47
Keçən ay 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 7 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.

Şərhlər

Roma 2023-07-03 13:04:31

Mən bəzən elə elmlər doktoru və ya namizədi olanları eşidirəm və artıq bu adları eşidəndə o adı daşıyanlara, müəyyən istisnalar olmaqla, ironiya ilə yanaşıram, belə ki, o adı daşıyanlar arasında hətta deyərdim ki, sözün həqiqi mənasında, iki eşşəyin arpasını bölə bilməyənlərə rast gəlinir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol