Menu

Fars rejimi milli fəalları həbs və cərimə edib

03.07.2023, 13:38
Fars rejimi milli fəalları həbs və cərimə edib

Güney Azərbaycanın 2 milli fəalı həbs və cərimə edilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Azad İran" kanalı məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi Marağa və Sulduz şəhərlərində yaşayan Azərbaycan türkü olan fəalları- Muxtar İbrahimi və Seyid Musa Ziya Gərgərini həbs və pul cəzasına məhkum edib.

Apellyasiya Məhkəməsinin qərarına görə, Muxtar İbrahimi "rejimə qarşı qruplaşma yaratmaq" ittihamı ilə 1 il həbs, Seyid Musa Ziyagərgəri isə "rejimə qarşı təbliğat aparmaq" ittihamı ilə 6 milyon tümən (243 manat) cərimə cəzasına məhkum edilib.

Elvin

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol