Yeni Moskva və Moskva vilayətindəki obyektlərə dron hücumu ilə bağlı Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, məlumatda bütün pilotsuz təyyarələrin elektron müharibə vasitəsi ilə məhv edildiyi bildirilib.
"Bu gün səhər saatlarında Kiyev rejiminin beş pilotsuz uçuş aparatı ilə Moskva vilayəti və Yeni Moskva ərazisində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Yeni Moskva ərazisində Ukraynaya məxsus 4 pilotsuz uçan aparat hava hücumundan müdafiə vasitələri ilə məhv edilib. Daha bir pilotsuz uçuş aparatı radioelektron müharibə ilə boğuldu və Moskva vilayətinin Odintsovo rayonu ərazisində qəzaya uğrayıbı” - deyə, məlumatda qeyd edilib.
***
Ukrayna Silahlı Qüvvələri iyulun 4-də, səhər saatlarında Rusiya paytaxtına bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, bütün dronlar təyyarə tipli olub və səhər saatlarından Moskvaya doğru hərəkət edib.
“Hava Hücumundan Müdafiə və Radioelektron Mübarizə Qüvvələri Yeni Moskvanın üç kəndində dörd PUA-nın hücumunu dəf edib. Onlardan biri yardımçı tikilinin üzərinə düşüb və onu yandırıb. Zərərçəkən yoxdur”, - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, hazırda yanğın lokallaşdırılıb.
Mənbə: TASS

Şərhlər