“Son günlər bizə olan yüzlərlə müraciətlər göstərir ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir”.
“AzPolitika.info” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Təhsil naziri Emin Əmrullayevə göndərdiyi müraciətdə qeyd edib.
Deputat nazirdən sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsini xahiş edib.
“Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. Digər tərəfdən, sualların hammısını cavablandıran ilə 51 doğrusu olanın da əmək haqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10 faiz artım hesablanır”, - deputat vurğulayıb.
V.Bayramov bunları nəzərə alaraq, əmək haqqı artımları üçün aşağıdakı formulanı təklif edib: “Əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz”.
Millət vəkli hesab edir ki, bu, əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.
“AzPolitika.info”


Şərhlər