“Ukrayna Prezidenti Volodimir Zelenskinin Mixail Saakaşvili ilə bağlı atdığı addım təhqiramizdir”.
“AzPolitika.info” xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib: “Saakaşvilinin Gürcüstana göndərilməsində Ukrayna hakimiyyətinin konkret yüksək vəzifəli şəxslərinin əli olması özlüyündə təhqirdir. Bu gün həmin hakimiyyət onun Ukraynaya qayıtmasını tələb edir”.
Bundan əvvəl Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstanın səfiri Georgi Zakaraşviliyə zəng edərək, 48 saat ərzində respublikanı tərk etməsi barədə göstəriş verməyi tapşırıb.
O, həmçinin diplomatik missiyanın rəhbərindən Saakaşvili məsələsi ilə bağlı Tiflisdə məsləhətləşmələr aparmağı tələb edib.
“AzPolitika.info”


Şərhlər