Menu

“İsveç NATO-ya problem gətirdiyi görüntüsü yaradır" - Hakan Fidan

04.07.2023, 14:40
“İsveç NATO-ya problem gətirdiyi görüntüsü yaradır" - Hakan Fidan

“İsveç NATO-ya üzv olmaq istədiyi gündən əlavə güc deyil, problem gətirdiyi görüntüsü yaratması bizi düşündürür”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə İsveçin strateji və təhlükəsizlik baxımdan NATO-ya üzvlüyünün bir yük, yaxud fayda verəcəyi müzakirələr üçün açıqdır.

Nazir Stokholmda terrorçu qruplaşmanın aksiyalar keçirə, pul toplaya bildiyi bir şəraitdə müsbət mənzərənin yaranmadığını qeyd edib: “Ancaq biz öz prinsiplərimizlə hərəkət edirik. İsveç öz öhdəliklərini yerinə yetirərsə, başqa alternativlər nəzərdən keçirilə bilər”.

H.Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələləri diqqətlə izləyir. O, kabinetin iyulun 6-da keçiriləcək toplantısından sonra İsveçlə bağlı məsələyə baxacaqlarını da vurğulayıb.

Qeyd edək ki, İsveçdə bu günlərdə Quran-Kərim yandırılıb. Hökumət bu məsələyə fərdin azadlığı kimi yanaşaraq hadisəni törədəni cəzalandırmayıb. Bu da müsəlman ölkələrində kəskin etirazla qarşılanıb. Hadisə İsveçin NATO-ya üzvlüyü məsələsində ciddi problemlərdən bir olub.

Xatırladaq ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Şərhlər

Aliqarx 2023-07-04 15:07:21

Rusiya propaqandası öz işinin öhdəsindən gəlir. Amma sabah kimlərin təəsüflənəcəyini. Sir kimi, gizlədilənlərin, ortaya çıxdığı gün kimin kim olduğu gün kimi ,aydın olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol