Menu

"BANDOTDEL" SABİQ DEPUTATI SAXLAYIB - DİN-dən açıqlama (Yenilənib)

04.07.2023, 23:31
"BANDOTDEL" SABİQ DEPUTATI SAXLAYIB - DİN-dən açıqlama (Yenilənib)

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

"Report" xəbər verir ki, bu barədə vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir", - Z.Hüseynov qeyd edib.

****

Sabiq deputat, iş adamı Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıb.

Bəydəmirlinin payçısı olduğu şirkətdən pul tələb etməkdə günahlandırıldığı bildirilir.

Şərhlər

Mubariz 2023-07-05 09:23:22

Rüsvayedici ? Belə vətənvayşüvənlər getdikcə köbələk kimi artmaqdadır ..

Hadı 2023-07-04 21:58:55

Bu da əlli-ayaqlı belə getdi....
Əşi sənə bu lazım idi? Ağıllı çıxmışdım? Dilini soxardın dinməz yerinə də... İndi ya narkobaron olacaqsan, ya da dövlət çevrilişinə cəhdin nallayacaqlar ayağına. Biznesin də qəpiyinə kimi getdi malayın mıxına...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol