İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində son illərin ən böyük hərbi əməliyyatlarından birini həyata keçirdikdən sonra, çərşənbə axşamı günü Fələstinin Cenin şəhərindən geri çəkilməyə başlayıb.
“AzPolitika.info” “Reuters”-ə istinadla xəbər verir ki, iki şahid İsrail hərbi maşınlarının Cenindən çıxmağa başladığını görüblər.
Bu da bazar ertəsi səhər tezdən Cenində başlayan irimiqyaslı əməliyyatın sona çatdığına işarə edir.
Həmçinin, Cenin xəstəxanası və ya yaxınlığında atışma olduğu, partlayış səslərinin hələ də eşidildiyi bildirilir. “Reuters” hadisənin təfərrüatlarını dərhal dəqiqləşdirə bilməyib.
Rüfət
AzPolitika.info


Şərhlər