İtaliyanın mərkəzi bankı bəyan edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonrakı dövrdə rus oliqarxlarının 2 milyard avro (2,5 milyard dollar) dəyərində aktivlərini dondurub.
“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, İtaliya hökuməti Avropa İttifaqının Kreml və Putin çevrəsinə qarşı sanksiyaları çərçivəsində bank hesabları, dəbdəbəli villalar, yaxtalar və avtomobillər də daxil olmaqla aktivlərini müsadirə edib.
İtaliya Mərkəzi Bankının çirkli pulların yuyulması ilə mübarizə bölməsi sanksiya məlumatlarının 2023-cü ilin iyun ayının sonuna qədər yeniləndiyini bildirib. Bu bölmənin direktoru Enzo Serata da dondurulmuş vəsaitlərin 330 milyon avrosunun 80-ə yaxın fiziki şəxsə məxsus olduğunu qeyd edib.
2022-ci ilin fevralında hərbi əməliyyatlar başlayana qədər İtalyan çimərlikləri və limanları Komo gölü, Sardiniya, Toskana və Liquriya sahilləri kimi prestijli yerlərdə əmlak alan zəngin rusların sayı hədsiz çox idi.
Sanksiyaya məruz qalan oliqarxlardan bəziləri apellyasiya şikayəti verib. Onların arasında metallurgiya və telekommunikasiya sahəsində aktivlərə sahib olan rus-özbək milyarder Əlişir Usmanov da var.
“AzPolitika.info”


Şərhlər