Menu

“Vaqner”-i çeçenlər və “zeklər” əvəz edəcək - Rusiya ordusu “məhbuslar ordusu”na çevrilir

05.07.2023, 13:46
“Vaqner”-i çeçenlər və “zeklər” əvəz edəcək - Rusiya ordusu “məhbuslar ordusu”na çevrilir

“Vaqner”-in Ukraynadakı müharibədən, xüsusilə də Baxmutdan çəkilməsindən sonra Rusiya ordusu onu əvəz edəcək qüvvə axtarışındadır.

“AzPolitika.info” xəbər verir ki, “Bloomberg” nəşri Rusiya ordu rəhbərliyinin “Vaqner”-i əvəz etmək planlarından yazıb. Avropa ölkələrindən birinin kəşfiyyatına istinad edən “Bloomberg” yazır ki, ordu rəhbərliyi Priqojinin döyüşçülərini çeçen döyüşçülərlə və məhbuslarla əvəz etməyə çalışır.

Yazıda qeyd olunur ki, “Vaqner” Baxmutdan çıxandan sonra ordu rəhbərliyi may ayından etibarən bu istiqamətdə şəxsi heyət çatışmazlığı ilə üzləşib və bu problemi həll etmək üçün öz ehtiyat qüvvələrinin bir hissəsini sözügedən istiqamətə atmalı olub. 

Xəbərdə o da bildirilir ki, Rusiya ordusu artıq 15 minə yaxın “zek”-lə yenicə müqavilə bağlayaraq, onları müharibəyə cəlb edib. Bununla yanaşı, Çeçenistandan cəlb olunan döyüşçülərin də sayının artırılması nəzərdə tutulur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol