Menu

"Si Cinpinin Putinə xəbərdarlığına dair iddialar uydurmadır" - Peskov

05.07.2023, 14:19
"Si Cinpinin Putinə xəbərdarlığına dair iddialar uydurmadır" - Peskov

Kreml Çin lideri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putini Ukraynada nüvə silahından istifadə etməməsi barədə şəxsən xəbərdar etdiyinə dair iddialara münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov həmin iddiaların uydurma olduğunu söyləyib.

"Si Cinpinin guya Putini Ukraynada nüvə silahından istifadə etməməsi barədə şəxsən xəbərdar etdiyinə dair iddialar uydurmadır", deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol