Xəbər verdiyimiz kimi, dünən Türkiyəli məşhur müğənni Ebru Gündeş Şəmkirdə toyda iştirak edib.
"AzPolitika.info" axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini deyib.
Toy sahiblərinin isə daha sonra hansı qiymətə və şərtlərlə razılaşdıqları məlum deyil.
Qeyd edək ki, manset.az məclisi təşkil edən şəxsin tanınmış iş adamı Aydın Musayev olduğunu yazıb. O, oğlu Raminin 3 övladına kiçik toy edib. A. Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. O, biznes aləmində Məmməd və Axmed ləqəbləri ilə tanınır.
İş adamının nəvələrindən biri onun atası Paşa kişinin adını daşıyır. Digərlərinin adı isə Tuncay və Altundur.
Ebru Gündeşlə yanaşı toyda Azərbaycan estradasının tanınmış ulduzları, Xalq artisi Röya Ayxan səhnə alıb. Məclisi tanınmış aparıcı Leyla Quliyeva idarə edib.
Qeyd edək ki, bir neçə il öncə tanınmış iş adamının qardaşı Bayram Musayev öz oğlunun toyuna Türkiyəli məşhur müğənni Mustafa Cecelini gətirmişdi. Həmin dəbdəbəli toy da sosial şəbəkələrdə gündəm olmuşdu.


Şərhlər
Varliga ne darlig.