Menu

“Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək” - İran XİN başçısı

05.07.2023, 16:46
“Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək” - İran XİN başçısı

“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.

“Report”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol