Menu

2024-cü ildəki Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

05.07.2023, 17:44
2024-cü ildəki Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

"Formula 1" üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, Bakının ev sahibliyi edəcəyi Qran-pri 13-15 sentyabrda təşkil olunacaq.

Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabra təsadüf edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol