Menu

Ukraynada deputat və köməkçisi həbs olunub

05.07.2023, 23:15
Ukraynada deputat və köməkçisi həbs olunub

Ukrayna "Xalqın xidmətçisi" partiyasından deputat Lyüdmila Marçenko və köməkçisi həbs olunub. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, deputat rüşvət üstündə saxlanılıb.

Marçenko Ternopoldakı evində 3 min dollar rüşvət alarkən saxlanılıb.

Onun köməkçisi pul müqabilində hərbi çağırışçıların xaricə getməsinə icazə üçün lazım olan sənədlərin maxinasiyası ilə məşğul olurmuş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol