Menu

Belarusa az sayda “Vaqner” muzdlusu gəlib - Stoltenberq

06.07.2023, 08:06
Belarusa az sayda “Vaqner” muzdlusu gəlib - Stoltenberq

“Vaqner” özəl hərbi şirkətinin Belarusa "köçürülməsi" ilə bağlı razılaşmaya baxmayaraq, ölkəyə Yevgeni Priqojinin çox az sayda muzdlusu gəlib.

APA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Politico” nəşrinə müsahibəsində deyib.

“Biz “Vaqner” qüvvələrinin yerləşdirilməsi üçün bəzi hazırlıqları müşahidə etdik. Onların çoxunu hələ görməmişik. Təbii ki, biz Belarusda baş verənləri diqqətlə izləyirik”, - Stoltenberq bildirib.

NATO baş katibinin sözlərinə görə, “Vaqner” muzdluları Afrikada fəaliyyətini davam etdirir. Eyni zamanda, yaraqlıların bəziləri “Ukraynadadır, lakin cəbhə xəttində deyil”.

Bundan əlavə, Stoltenberq son hadisələrin “Vaqner” üçün nəticələri ilə bağlı yekun nəticə çıxarmağın hələ tez olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol