Menu

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz nəzərdə tutulub” - Nikol Paşinyan

06.07.2023, 11:21
“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz nəzərdə tutulub” - Nikol Paşinyan

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

“Report” xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

N.Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”.

Baş nazir həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol