Menu

"Ölkədə dərmanların baha olması və keyfiyyəti ilə bağlı problem var" - Deputat

06.07.2023, 12:44
"Ölkədə dərmanların baha olması və keyfiyyəti ilə bağlı problem var" - Deputat

"Bu gün ölkədə dərman vasitələrinin baha olması və keyfiyyəti ilə bağlı problem var".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin istifadə etdiyi əsas dərmanlar xarici ölkədən idxal olunacağı dövrədək problem həllini tapmayacaq: "Çünki problemin hələ də qalmasının səbəbi ölkədə dərman istehsalının olmamasıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol