Menu

“Azərbaycan həm yerdə, həm də havada üstün idi...” – Separatçı general müharibədən danışdı

06.07.2023, 20:42
“Azərbaycan həm yerdə, həm də havada üstün idi...” – Separatçı general müharibədən danışdı

İkinci Qarabağ müharibəsi zamanı separatçıların “ordusu”na rəhbərlik etmiş general-leytenant Mikayel Arzumanyan bəyanat yayıb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, general özünə qarşı ittihamlara cavab verib və müharibə dövründə Ermənistan ordusunun necə acınacaqlı vəziyyətə düşdüyünü açıqlayıb: “27 oktyabr 2020-ci il tarixindən qısa müddət sonra çətin vəziyyətdəydik, Azərbaycan ordusu artıq bir neçə müdafiə xəttini keçərək, yaxınlaşmaqda davam edirdi. Bu zaman mən “müdafiə ordusunun” komandanlığını öz üzərimə götürdüm. Şuşadakı ordu hissələrində xaotik vəziyyət hökm sürürdü, Azərbaycan həm havada, həm də quruda qeyd-şərtsiz üstünlüyə malik idi. Buna baxmayaraq sayca və silah-texnika baxımdan dəfələrlə üstün olan düşmənlə üz-üzə gəlmək üçün əlimdən gələni etdim. Lakin Azərbaycan daha böyük qüvvələr və vasitələr cəmləşdirmişdi ki, buna qarşı erməni tərəfinin nə insan resursu, nə də silahı var idi. Bu acınacaqlı vəziyyət də siyasi rəhbərliyə yaxşı məlum idi”.

Arzumanyan daha sonra deyib ki, ona qarşı irəli sürülən ittihamlar birbaşa Ermənistandakı konkret məqamlardakı siyasi vəziyyətlə, Şuşanın təslim edilməsi ilə bağlıdır.

“Məhz bu məqsədlə kimlərinsə ünvanına səslənən ittihamları mənim üzərimə yükləməyə çalışırlar, mən hədəf seçilmişəm” –deyə, o, qeyd edib.

General daha sonra üzləşdiyi cinayət ittihamları ilə bağlı Ermənistanın siyasi rəhbərliyinə suallar ünvanlayıb. Vurğulayıb ki, ittihamlar açıq-aydın saxtadır, onları təsdiq edəcək heç bir dəlil yoxdur.

Arzumanyan açıq məhkəmənin keçirilməsini, müharibə zamanı əslində nələr baş verdiyinin ictimaiyyətə açıqlanmasını tələb edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol