Menu

Stoltenberq Vilnüs sammitində İsveçin NATO-ya qoşulmayacağını bildirib

06.07.2023, 18:48
Stoltenberq Vilnüs sammitində İsveçin NATO-ya qoşulmayacağını bildirib

NATO Baş katibi Yens Stoltenberq NATO-nun Vilnüs sammitində İsveçin alyansa qoşulmayacağını bildirib.

APA TASS-a istinadən xəbər verir ki, alyansın baş katibinin sözlərinə görə, Türkiyə tərəfindən həmin vaxta qədər İsveçin üzvlüyünün ratifikasiyası mümkün deyil.

“İsveç NATO-nun Vilnüs sammitində alyansa qoşulmayacaq, Türkiyənin bu vaxta qədər müraciəti ratifikasiya etməsi mümkün deyil”, o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol