Türkiyənin “Fənərbağça” klubunun 18 yaşlı gənc oyunçusu Arda Gülər İspaniyanın “Real Madrid” klubuna transfer olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Fənərbaxça” klubu rəsmi məlumat yayıb.
“Futbol A Komandamızın oyunçularından olan Arda Gülərin İspaniyanın “Real Madrid” CF klubuna transferi ilə bağlı danışıqlara start verilib. Tərəflər peşəkar futbolçumuz Arda Gülərin 20 milyon avro qarşılığında bizimlə olan müqaviləsinə xitam verilməsi müqabilində İspaniyanın “Real Madrid” klubuna transferi barədə razılığa gəliblər”,-deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, transfer haqqından əlavə, oyunçunun performansından asılı olaraq “Real Madrid” CF klubu “Fənərbaxça”ya maksimum 10 milyon avro bonus ödəyəcək.
Bundan əlavə, gələcəkdə futbolçunun başqa kluba transferi halında “Real Madrid” CF əldə edəcəyi transfer haqqının 20%-ni növbəti satışdan pay kimi “Fənərbaxça”ya ödəyəcək.
Qeyd edəki ki, İspaniya nəhəngi “Real Madrid” də rəsmi sosial şəbəkə hesabından Arda Gülərin kluba transferi ilə bağlı paylaşım edib.
“AzPolitika.info”


Şərhlər